“Barselona”nın keçmiş futbolçusu “Trabzonspor”da

“Betis”in müdafiəçisi Mark Bartra “Trabzonspor”la müqavilə imzalayıb.

Newsport.az-ın məlumatına görə, 31 yaşlı ispaniyalı ilə müqavilə 2025-ci il yanvarın 30-na kimi nəzərdə tutulub. “Betis” futbolçu üçün 1,25 milyon avro alacaq.

“Barselona”nın yetirməsi 2012-ci ildən əsas komandada çıxış edib, 2016-cı ildə “Borussiya”ya (Dortmund) keçib. Futbolçu 2018-ci ilin yanvarından “Betis”də çıxış edirdi.

Bartra ötən mövsüm 32 oyuna çıxıb, 2 qol vurub. O, “Betis”lə İspaniya kubokunun sahibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right