Əliyevli “Arsenal”dan xal itkisi

Futbol üzrə Rusiya Birinci Liqasında 5-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycanın gənclərdən ibarət milli komandasının hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula “Arsenal”ı da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Mahaçqala “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Əliyev də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

“Arsenal” 5 turdan sonra 8 xalla 6-cı pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right