"Qalatasaray" nigeriyalı ilə yollarını ayırdı

Türkiyənin "Qalatasaray" klubunda ayrılıq gerçəkləşib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi Jesse Tamunobaraboye Sekidika ilə yollarını ayırıb. Bu barədə "sarı-qırmızılar"ın mətbua xidməti məlumat yayıb.

Nigeriyalı vingerin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Jesse Sekidika "Qalatasaray"a 2020-ci ilin yanvar ayında "Eskişehirspor"dan transfer olunmuşdu. 26 yaşlı futbolçu son mövsümün ikinci yarısını icarə əsasında "Eyüpspor"da keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right