Tuxellə Konte arasında dava Şəkillər

İngiltərə Premyer Liqasının 2-ci turunda bu gün keçirilən "Çelsi" - "Tottenhem" matçından sonra komandaların baş məşqçiləri arasında münaqişə yaşanıb.

Newsport.az-ın məlumatına görə, matçın final fitindən sonra "Çelsi"nin çalışdırıcısı Tomas Tuxellə "Tottenhem"in baş məşqçisi Antonio Konte bir-birinin əlini sıxıblar. Tuxel həmkarının əlini buraxmayıb. Bu isə italyan məşqçinin xoşuna gəlməyib. O, bir neçə dəfə qışqıraraq "Nə istəyirsən" deyib.

Onların əlbəyaxa olmasına digər məşqçilər imkan verməyib. Görüşün baş hakimi Entoni Teylor hər iki mütəxəssisə qırmızı vərərə göstərib.

2:2 hesabı ilə başa çatan matçın gedişində də baş məşqçilər arasında bir neçə dəfə söz atışması olub.







Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right