"Düzgün yolda olduğumuzu göstərmək istədik" Xavi

“Barselona”nın baş məşqçisi Xavi La Liqanın I turunun “Rayo Valyekano” ilə matçından sonra fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, ispan mütəxəssis 0:0 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:

“Çətin oyun oldu. Rəqib yaxşı müdafiə olundu. Daha çox hücum etməliydik. Buna baxmayaraq, kifayət qədər qol imkanlarımız oldu. Son zərbələrdə uğurlu olmadıq.

Sona doğru oyunun tempi düşdü. Azarkeşlərimizə düzgün yolda olduğumuzu göstərmək istədik. Onlardan istəyimiz səbirli olmalıdır. Bu gün məyus olduq, lakin bu, başlanğıcdır. Bizi uğura aparacaq bu oyun modelinə uyğunlaşmalıyıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right