"Viktoriya"nın yeni transferi: "Qarabağ"la oyunlara tam hazıram"

"Viktoriya"nın yeni transferi Erik Yirka klubun rəsmi saytına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, Plzen klubunun futbolçusu Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcəkləri "Qarabağ" haqda danışıb:

"Viktoriya"nın heyətində Çempionlar Liqasında oynamaq şansım var. Bu, əladı. Çempionlar Liqası böyük turnirdi. Belə turnirdə oynamaq böyük məsuliyyət və zövq verir. "Qarabağ"la oyunlara tam hazıram. Amma bizim hələ qarşıda Çexiya çempionatında vacib oyunumuz var. Həmin oyundan sonra bizim Bakıya səfərimiz olacaq və diqqətimizi tam olaraq "Qarabağ"la matça yönəldəcəyik".

​Slovakiya millisinin üzvü olan 24 yaşlı yarımmüdafiəçi “Spartak”(Trnava), “Srvena Zvezda”, “Radniçki”(Nis), “Qornik”(Zabrze), “Mirandes”, “Ovyedo” klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right