Mahir darmadağını kənardan izlədi

Futbol üzrə Xorvatiya çempionatında 5-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Split “Hayduk”u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.

Mahir Emreli bu görüşün iştirakçısı olmayıb. Azərbaycanlı futbolçu sonadək ehtiyatda qalıb.

Son Xorvatiya çempionu olan “Dinamo” 5 turdan sonra 13 xalla zirvədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right