Qapıçı Luka Zidan karyerasını İspaniyada davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, bu barədə İspaniya mətbuatı məlumat yayıb. 24 yaşlı fransalı azad agent kimi “Jirona” ilə müqavilə imzalamağa yaxındır.
Zinəddin Zidanın oğlu olan Luka “Real”ın məzunudur və 2019-cu ilin yanvarından “kral klubu”nda oynayır. O, 2020-ci ilin oktyabrında “Rayo Valyekano”ya keçib, 2022-ci ilin yayında isə klubu tərk edib. Luka ötən mövsüm 13 matçda 17 qol buraxıb.