Azərbaycan yığmasında oynamış futbolçu İngiltərə klubu ilə anlaşdı

Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının üzvü Sərhat Taşdemir özünə yeni komanda tapıb.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi “Bakston”la anlaşıb. 2000-ci il təvəllüdlü yarımmüdafiəçi U-19 yığmamızda oynadıqdan sonra U-21 və əsas milliyə dəvət edilməyib.

Futbolçu karyerası ərzində “Flayd”, “Piterboro”, “Oldham”, “Barnet” klublarında oynayıb.

Onun bu yay Azərbaycan klublarından birinə keçəcəyi iddia edilirdi.

Xatırladaq ki, yarımmüdafiəçi U-19 yığmamızın heyətində Avropa çempionatın seçmə mərhələsi çərçivəsində üç oyunda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right