Keylor Navasin yeni klubunun adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, "Napoli" kosta-rikalı qolkiperlə anlaşıb.
35 yaşlı qapıçının yaxın günlərdə Neapola yollanaraq tibbi müayinədən keçəcəyi gözlənilir.
2019-cu ilin yayından PSJ-də çıxış edən Navas ötən mövsüm 26 matçda Paris klubunun qapısını qoruyub.