Morata “Mançester Yunayted”ə keçə bilər

“Atletiko” nun hücumçusu Alvaro Morata “Mançester Yunayted”ə keçə bilər.

Newsport.az-ın məlumatına görə, “mankunian” klubunun 29 yaşlı ispaniyalının agenti ilə ilk danışıqları uğurlu alınıb. Madrid klubu hücumçunu yalnız başqa oyunçu ilə müqavilə bağladıqdan sonra sata bilər.

Morata son iki mövsümü icarə əsasında “Yuventus”da keçirib. A Seriyasında 67 oyunda 20 qol vurub və 16 məhsuldar ötürmə edib. Onun “matrasçılar”la müqaviləsi 2023-cü il iyunun 30-na kimi hesablanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right