“Qarabağ”ın rəqibində ayrılıq

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində rəqibi olan Çexiyanın “Viktoriya” klubunu bir futbolçu tərk edib.

Newsport.az-ın məlumatına görə, Ondrjey Mihalik bundan sonra Çexiyanın digər klubu “Slovaçko”un formasını geyinəcək.

“Pişta” ləqəbli 25 yaşlı yarımmüdafiəçi barəsində hər iki klub razılığa gəlib. 2019-cu ilin iyununda Niderlandın “Alkmaar” klubundan “Viktoriya”ya keçmiş futbolçu bu müddətdə 57 matç keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Qarabağ” bu komandaya qarşı ilk matçını avqustun 17-də Bakıda oynayacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:45-də başlayacaq. Avqustun 23-də Plzen şəhərində keçiriləcək cavab qarşılaşması isə saat 23:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right