“Qarabağ”ın rəqibindən yeni transfer

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Çexiyanın “Viktoriya” (Plzen) klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Plzen təmsilçisi yerli “Siqma”dan Vatslav Yemelkanı transfer edib. 27 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Yeni transfer dərhal komandaya qoşulacaq və Azərbaycan çempionuna qarşı keçiriləcək matçlarda iştirak edəcək.

“Qarabağ” və “Viktoriya” arasında ilk oyun avqustun 17-də Bakıda olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq. Cavab qarşılaşması isə avqustun 23-də Plzendə baş olacaq və saat 23:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right