"Real"ın hücumçusu Kriştiano Ronaldo yenidən diqqət mərkəzinə düşüb.
Newsport.az-ın məlumatına görə, CNN telekanalına qonaq olan portuqaliyalı futbolçu FİFA haqda verilən suala əsəbləşib və studiyanı tərk edib:
"FİFA haqda fikirlərimi öyrənmək istəyirsiniz? Məni nə FİFA, nə də Qətər maraqlandırır. Tüpürüm FİFA-ya da, Qətərə də. Məni bura niyə çağırmısınız? FİFA haqda suallara cavab verməyimi istəyirsiniz? İşinizdə olun".
Qeyd edək ki, mayın 27-də İsveçrə polisi və Amerika Federal Təhlükəsizlik Bürosunun həyata keçirdiyi əməliyyat nəticəsində FİFA-nın 10-dan çox yüksəkçinli əməkdaşı həbs olunub. Bu hadisədən bir neçə gün sonra yenidən FİFA prezidenti seçilən Yozef Blatter vəzifəsindən istefa verdiyini açıqlamışdı.(qol.az)