Milli komandamızın forvardı Renat Dadaşov "Qrasshopper"in heyətində növbəti qolunu vurub.
Newsport.az-ın məlumatına görə, Dadaşov "Lütsern"ə qarşı oynanılan İsveçrə Super Liqasının birinci turundan təxirə salınmış matçında fərqlənib.
O, 38-ci dəqiqədə qol vuraraq komandasını məğlubiyyətdən xilas edib.
"Lütsern" - "Qrasshoppers" 1:1
Qollar: Burx 32 - Renat Dadaşov 38