DÇ-2022 vaxtından əvvəl başlaya bilər

Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı nəzərdə tutulan vaxtdan əvvəl başlaya bilər.

Newsport.az-ın məlumatına görə, FİFA Qətər və Ekvador arasındakı açılış matçını bir gün əvvəl – noyabrın 20-də keçirmək istəyir.

Mümkün dəyişikliyin səbəbi açıqlanmayıb. Məsələ ali futbol qurumunun prezidenti Canni İnfantino və konfederasiya rəhbərlərinin iştirakı ilə baş tutacaq səsvermənin nəticələrinə əsasən həllini tapacaq.

DÇ-2022-nin noyabrın 21-dən dekabrın 18-dək keçirilməsi planlaşdırılır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right