"Çelsi"nin futbolçusu Timo Vernerin "Leyptsiq"ə keçidi rəsmiləşib.
Newsport.az-ın məlumatına görə, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
Bundesliqa klubu almaniyalı hücumçu ilə 4 illik müqavilə imzalayıb. "Leyptsiq" Verner üçün "zadəganlar"a bonuslarla birlikdə 30 milyon avro ödəyəcək.
Qetd edək ki, T.Verner 2016-2020-ci illərdə də "Leyptsiq"də oynayıb.