Sergey Yuran istefaya göndərildi

Rusiya "Ximki"sinin baş məşqçisi Sergey Yuranla yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun Müşahidə Şurasının üzvü Roman Teryuşkov məlumat verib. Mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, S.Yuran bu ilin fevralından Premyer Liqa təmsilçisinin baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda bu mövsüm 4 turdan sonra 7 xalla 7-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, S.Yuran 2011/12-ci mövsümündə Zaqatalanın “Simurq” klubunu çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right