Öncədən də xəbər verdiyimiz kimi, Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev "Karşıyaka" klubu ilə müqavilə imzalayıb.
Newsport.az-ın məlumatına görə, Ağayev ötən gün Tükiyə mətbuatına açıqlama verib.
İddialı dnaışan Kamran bunları deyib:
"Mən dolu tribunalar qarşısında oyuna daha tez motivasiya oluram. "Karşıyaka" klubunun azarkeşləri məni öz dəstəkləri ilə daha da həvəsləndirəcəklər".
K.Ağayev "Karşıyaka" ilə anlaşmasında sabiq komandası "Kayserispor"un baş məşqçisi Cüneyt Dumlupınarın böyük rolu olduğunu deyib:
“Kayserispor”dan tanıdığım komanda yoldaşlarım və baş məşqçimiz Cüneyt Dumlupınar imza atmağımda böyük rol oynadı. Bu mövsüm çempionluğun əsas namizədlərindən biri biz olacağıq”.
Milli komandamızda 50 oyuna çıxan və qpaımıza təyin olunan 13 penaltidən 11-ini dəf edən təcrübəli qolkiper azarkeşlərə “Karşıyaka” bu mövsüm penaltidən qol buraxmayacaq” - sözü verib.