"Fənərbağça" son dəqiqələrdə məğlubiyyətdən xilas oldu

Türkiyə Super Liqasında 2022/2023 mövsümünün ilk turuna yekun vurulub.

Newsport.az saytının məlumatına görə, ilk turun açılış matçında son çempion "Trabzonspor" səfərdə "İstanbulspor"la qarşılaşıb. Görüş Trabzon təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

"Beşiktaş" "Kayserispor"la görüşdə son dəqiqə qolu ilə qalib gəlib. "Qalatasaray" "Antalyaspor" səfərində minimal hesabla qalib gəlib.

Son oyun günündə 3 qarşılaşma baş tutub. "Başakşəhər" "Kasımpaşa"nı darmadağın edib, "Konyaspor" səfərdə "Ankaragücü" ilə heç-heçəyə razılaşıb. 

Mövsümün iddialı komandalarından "Fənərbağça" mövsümə xal itkisi ilə başlayıb. "Bülbüllər" doğma meydanda "Ümraniyespor"la bərabərə qalıb. 

Türkiyə Super Liqası
I tur

5 avqust

İstanbulspor - Trabzonspor - 0:2
Qollar: 
A.Kornelyus, 16, Stefano Densvil, 86

6 avqust

Sivasspor - Qaziantep - 1:1
Qollar:
 Qradel, 64 (pen.) - A.Maksim, 22

Beşiktaş - Kayserispor - 1:0
Qol:
 Qezzal, 90+6

7 avqust

Giresunspor - Adana Demirspor - 2:3
Qollar:
 Sayns, 56, R.Berisbek, 90+1 - İnler, 23, Belhanda, 28, Onyekuru, 82

Karagümrük - Alanyaspor - 2:4
Qollar: 
Borini, 55, Biraski, 73 - Eduardo, 19, 70, E.Bekiroğlu, 28, E.Yardımcı, 90+4

Antalyaspor - Qalatasaray - 0:1
Qol: 
Qomis, 90

8 avqust

Başakşəhər - Kasımpaşa - 4:0
Qollar:
 Aleksiç, 22, P.Şis, 38, M.Xuair, 74, D.Türüç, 77 (penalti)

Ankaragücü - Konyaspor - 0:0

 

Fənərbağça - Ümraniyespor - 3:3
Qollar: E.Valensiya, 19 (penalti), 45+2, M.Berişa, 90+3 - T.Klumaç, 29, V.Corc, 67, A.Mrsiç, 72 (penalti)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right