Mançester klublarından yeni mövsümə fərqli start

İngiltərə Premyer Liqasında 1-ci tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, sonuncu oyun günündə daha 3 qarşılaşma baş tutub.

“Lester Siti” doğma meydanda “Brentford”la qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləəşməyib.

“Mançester Yunayted” yeni mövsümün ilk matçında “Brayton”la ev oyunundan məğlubiyyətə ayrılıb. Son çempion “Mançester Siti” isə səfərdə “Vest Hem”i 2 cavabsız qolla üstələyib.

İngiltərə Premyer Liqası
1-ci tur
7 avqust

Lester Siti – Brentford 2:2
Qol:
Kastan, 33. Holl, 46 – Toni, 62. Dasilva, 86.

Mançester Yunayted – Brayton 1:2
Qol:
Makallister, 68-öz qapısına – Qross, 30; 39.

Vest Hem – Mançester Siti 0:2
Qol:
Haland, 36-pen; 65.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right