“Barselona”ya kin saxlamıram” Alveş

“Barselona”nın sabiq futbolçusu, bir müddət əvvəl Meksika “Puma”sına keçən Dani Alveş Kataloniya klubundan ayrılmasından danışıb.

Newsport.az “sport.es”-ə istinadən xəbər verir ki, 39 yaşlı braziliyalı futbolçu bunları deyib:

“Barselona”ya kin saxlamıram. Bəli, klubun müqaviləni yeniləmək istəmədiyini mənə bir az əvvəl bildirməsini istəyərdim. Amma yenə də, baş məşqçi Xavi və klub prezidenti Xuan Laportaya minnətdaram”.

Alveş ötən mövsüm kataloniyalıların heyətində bütün turnirlərdə 16 matçda meydana çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right