Almaniya II Bundesliqasında 2-ci turun oyunları keçirilir.
Newsport.az -ın məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" klubu öz meydanında “Sankt Pauli” ilə qarşılaşıb.
Oyun meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb. Fasiləyə 1:2 hesabı ilə məğlub yollanan "Karlsrue" ikinci hissədə də oyunda dönüş yarada bilməyib. Görüş elə bu hesabla da yekunlaşıb. Matça start heyətində başlayan Nazarov 46-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, keçirdiyi hər iki oyunda məğlub olan "Karlsrue" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.