"İnter" "Real"ın müdafiəçisini transfer edəcək

"İnter" Denzel Dumfrisi satacağı təqdirdə, hansı futbolçunu heyətinə qatacağını dəqiqləşdirib. 

Newsport.az-ın məlumatına görə, "Çelsi" Denzeli transfer etmək niyyətindədi və bunun üçün kluba müraciət də edib. Belə olarsa, "İnter" "Real"ın müdafiəçisi Alvaro Odriosolanı komandaya dəvət edəcək.

Ötən mövsümü icarə əsasında "Fiorentina"da keçirmiş 26 yaşlı müdafiəçi "Real"dan transfer olunacaq.

İspaniyalının "kral klubu" ilə 2024-cü ilin yayına qədər müqaviləsi qüvvədədi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right