İsveçrə Superliqasında 4-cü turun matçları start götürüb.
Newsport.az-ın məlumatına görə, milli komandamızın forvardı Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" "Sankt-Qallen"i qonaq edib. Görüş Dadaşovun komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydana start heyətində çıxan Renat 90-cı dəqiqədə əvəzlənib. Forvard 45+2-ci dəqiqədə assistlə yadda qalıb.