İngiltərə superkubokunda qalib müəyyənləşib.
Newsport.az -ın məlumatına görə, həlledici görüşdə Premyer Liqanın qalibi "Çelsi" və ölkə kubokunun sahibi "Arsenal" üz-üzə gəlib.
Londonun "Uembli" stadionunda keçirilən görüşün taleyini bir qol həll edib. Aleks Oksleyd Çemberlenin matçın 24-cü dəqiqəsində vurduğu qol "Arsenal"a minimal hesablı qələbə qazandırıb - 1:0.
Qeyd edək ki, "Arsenal" ardıcıl ikinci dəfə İngiltərə superkubokuna sahib çıxıb.
2 avqust
İngiltərə superkuboku
"Arsenal" - "Çelsi" - 1:0
Qol: A.O.Çemberleyn, 24 (1:0)