UEFA "Qarabağ"ın rəqibini cəzalandırdı

UEFA azarkeşlərinin davranışına görə Macarıstanın “Ferentsvaroş” klubunu cəzalandırıb.

 

Newsport.az xəbər verir ki, qərar Slovakiya “Slovan”ı ilə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçirilmiş iki oyunun nəticəsinə əsasən verilib.

Azarkeşlərin irqçi davranışı səbəbindən Macarıstan təmsilçisi UEFA-nın himayəsi altındakı növbəti matçda stadionun bağlanması və 15 000 avro məbləğində cərimə və ilə cəzalandırılıb. Bundan əlavə, “Ferentsvaroş” “#NoToRacism” (“İrqçiliyə yox”) yazısı olan pankart asmalıdır.

 

Kluba növbəti səfər matçı üçün bilet satışı da qadağan edilib.

 

Bundan əlavə, “Ferentsvaroş” atəşfəşanlıq, kənar əşyalar atma, təxribat xarakterli təhqiredici şüarlar kimi hərəkətlərə görə 50 000 avro cərimələnib.

 

Həmçinin, klub ictimai keçidləri bağladığına görə daha 14 000 avro ödəməli olacaq.

 

Qeyd edək ki, "Ferentvaroş" növbəti ev oyununu avqustun 9-da "Qarabağ"a qarşı keçirəcək. Çempionlar Liqasının III təsnifat mərhələsinin avqustun 3-də Bakıda təşkil olunmuş ilk qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah