Gürcüstan millisinin üzvü “Neftçi” ilə müqavilə imzalamağa gəlir!

“Neftçi” daha bir gürcü futbolçu transfer etməyə hazırlaşır.

Newsport.az saytının əldə etdiyi məlumata görə, paytaxt klubu Gürcüstan milisinin də üzvü olan yarımmüdafiəçi Vato Arveladze ilə anlaşıb.

24 yaşlı futbolçu ilə artıq bütün məsələlərdə razılıq əldə olunub və o, müqavilə imzalamağa gəlir.

Vato Arveladzenin sonuncu iş yeri Türkiyənin “Fatih Karagümrük” komandası olub. O, 2020-ci ildən bu klubun uğurları üçün çalışırdı. Yarımmüdafiəçi daha öncə Türkiyədə “Kasımpaşa”da da çıxış edib. Futbolçu öz ölkəsində Tiflis “Lokomotiv”inin, Polşada isə “Korona”nın da formasını geyinib. Gürcüstan yığmasında 2 oyun keçirmiş yarımmüdafiəçi, 1 qol da vurub.

Vato məşhur keçmiş gürcü futbolçu Şota Arveladzdenin əmisi oğludur.

“Neftçi” bu yay Gürcüstan yığmasının müdafiəçisi Solomon Kvirkveliyanı da heyətinə qatmışdı.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah