"Çelsi" heyətinə yeni futbolçu qatıb.
Newsport.az klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi "Brayton"dan sol cinah müdafiəçisi Mark Kukurellanı transfer edib. 24 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb. "Çelsi" oyunçu üçün qarşı tərəfə 55+7 milyon avro ödəyəcək.
Qeyd edək ki, ispaniyalı futbolçu geridə qalan mövsüm 38 matçda 1 qol vurub.