"Neftçi"nin potensial rəqibi məşhur futbolçunu transfer edib

İtaliyanın "Yuventus" klubundan ayrılan Uels millisinin futbolçusu Aaron Remzinin yeni klubu məlum olub.

Newsport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi sərbəst futbolçu kimi Fransanın "Nitsa" klubuna keçib.

Qeyd edək ki, "Nitsa" UEFA Konfrans Liqasının pley-off mərhələsində "Neftçi"nin potensial rəqiblərindən biridir. "Neftçi" III təsnifat mərhələsində "Rapid"i keçəcəyi halda, "Nitsa" ilə qarşılaşa bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right