Bu gün Almaniyada superkubokun yeni qalibi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, həlledici görüşdə "Bavariya" və "Volfsburq" komandaları üz-üzə gəlib.
"Folksvagen Arena"da keçiriləcək oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Son dəqiqələrdə hesabı bərabərləşdirən "Volfsburq" penaltilər seriyasında rəqibini məğlub edərək (5:4) tarixində ilk dəfə superkuboka sahib çıxıb.
Qeyd edək ki, "Bavariya" Bundesliqanın, "Volfsburq" isə ölkə kubokunun qalibi kimi superkubokda oynamaq hüququ əldə edib.
1 avqust
Almaniya superkuboku
23:30. "Volfsburq" - "Bavariya" - 1:1 (Penaltilər seriyası - 5:4)
Qollar: Robben, 49 (0:1), Bendtner, 89 (1:1)