"Trabzonspor" mövsümə titulla başladı

Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, həlledici oyunda Superliqanın sonuncu qalibi “Trabzonspor”la Türkiyə kubokunu qazanmış “Sivasspor” üz-üzə gəlib.

İstanbuldakı Atatürk Olimpiya Stadionunda təşkil olunmuş matç Trabzon təmsilçisinin 4:0 hesablı qələbəsiylə yekunlaşıb. Qolları dubla imza atan Andreas Kornelius (37 və 51), Yens Larsen (64) və Anastasios Bakasetas (75) vurublar.

Beləliklə, “Trabzonspor” tarixində üçüncü dəfə Superkubokun qalibi olub. Trabzonlular 2010 və 2021-ci illərdə də bu uğura imza atmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right