Nəbiyev Polşa klubu ilə müqavilə imzalayacaq

Azərbaycanlı futbolçu Elgün Nəbiyev yeni mövsüm də Polşada oynayacaq. 

Newsport.az-ın məlumatına görə, bu barədə Sportal.az saytına futbolçu özü məlumat verib.

O, ötən mövsüm formasını geyindiyi “Limanoviya”da karyerasına davam edəcək.

Klub ona bir illik müqavilə təklif edib. Futbolçu Limanova təmsilçisi ilə razılıq əldə edib və problem çıxmasa, o, ötən mövsümkü klubunda qalacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right