"Qarabağ" və "Zirə"nin sabiq məşqçisi Borçe Xristov özünə yeni iş tapıb.
Newsport.az-ın məlumatına görə, şimali makedoniyalı mütəxəssis ölkəsində "Vardar" klubunda çalışacaq.
Təcrübəli mütəxəssis bu klubun futbol akademiyasının direktoru təyin edilib.
O, son olaraq "Rabotniçki"nin baş məşqçisi kimi çalışmışdı.