Türkiyə millisinin üzvü karyerasını başa vurdu

Türkiyə millisində oynamış Mehmet Topal karyerasını başa vurub.

Newsport.az-ın məlumatına görə, 36 yaşlı veteran futbolçu özünə komanda tapa bilmədiyinə görə bu qərarı verib.

"Qalatasaray". "Valensiya", "Fənərbaxça", "Başakşehir" klublarının formasını geyinmiş Topal son dəfə "Beşiktaş"da oynayıb.

Veteran futbolçu Türkiyə millisinin heyətində 94 oyuna çıxmışdı. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right