Ronaldo 275 milyon avrodan imtina etdi

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo yüksək maaş vəd edilməsinə baxmayaraq, adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubuna transfer olunmaq istəməyib. 

Newsport.az-ın məlumatına görə, bu barədə ESPN məlumat yayıb. Sözügedən klub Ronaldoya 2 illik çıxış üçün ümumilikdə 275 milyon avro maaş verəcəyini bildirib. Lakin Ronaldo bu təklifi rədd edib.

Səudiyyə Ərəbistanı təmsilçisi transferə görə "Mançester Yunayted"ə isə 30 milyon avro ödəyəcəkdi. 

Qeyd edək ki, Ronaldo qısa müddətdə "Mançester Yunayted"dən ayrılmaq istəyir. O, ötən ilin yayında İngiltərə klubu ilə 2+1 illik müqavilə imzalamışdı.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right