FİFA qərar verdi: "Olimpiakos" azərbaycanlı futbolçunun maaşını ödəməlidi

Bir müddət əvvəl "Olimpiakos"dan (Volos) ayrılan Turan Manafov FİFA-nın məhkəməsində Yunanıstan klubuna qalib gəlib.

Newsport.az-ın məlumatına görə, ali qurum Volos klubuna Manafova 5 aylıq maaş borcunu ödəməsinin tapşırığını verib. 

Əgər, "Olimpiakos" 45 gün ərzində Turanın maaşını ödəməsə, FİFA tərəfindən sanksiyalara məruz qalacaq. Hətta FİFA Yunanıstan klubuna transfer qadağası tətbiq edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right