"Qarabağ"a məğlubiyyətə görə Bromu istefaya yollayacaqlar

"Lex"in baş məşqçisi Con van den Bromun istefaya yollanması gündəmə gəlib.

Newsport.az-ın məlumatına görə, Poznan klubunun rəhbərliyi 56 yaşlı məşqçidən uğursuz nəticələrə görə hesabat tələb edilib.

Niderlandlı məşqçinin gəlişindən sonra komanda ölkə superkubokunda "Rakov"a uduzub. Bununla yanaşı onun rəhbərliyi altında komanda "Qarabağ"a uduzaraq Çempionlar Liqasındakı çıxışını dayandırıb. 

Bir müddət əvvəl niderlandlı ilə iki illik müqavilə imzalanılsa da, onun yaxın vaxtlarda istefaya göndərilməsi də iddia edilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right