"Mançester Yunayted"in sabiq forvardı Türkiyə klubunda

"Ankaragücü" daha bir futbolçunun keçidini rəsmiləşdirib. 

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu "Panatinaikos"un hücumçusu Federiko Maçedanı heyətinə qatıb.

İtaliyalı forvardla 2+1 illik müqavilə imzalanıb.

Maçeda "Mançester Yunayted", "Sampdoriya", "Ştutqart", "Birmingem", "Kardiff Siti", "Novara" kimi klublarda oynayıb. 

Bundan əvvəl isə "Ankaragücü" "Real"ın sabiq futbolçusu Xeseni transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right