"Qalatasaray" almaniyalı ilə razılıq əldə etdi

Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Lion"da çıxış edən Jerom Boatenqi transfer etməyə çox yaxındır. "Sarı-qırmızılar" almaniyalı mərkəz müdafiəçisini pulsuz 1 illik icarəyə götürməklə bağlı klubu ilə razılıq əldə edib. Futbolçu özü də "cim bom"un illik 1,5 milyon avroluq maaş təklifini qəbul edib.

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk keçidə razılıq versə, Almaniya millisinin keçmiş üzvü Türkiyədə çıxış edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right