Afrikada ilin ən yaxşı futbolçusunun adına aydınlıq gələcək

Afrika Futbol Konfederasiyası (CAF) 2021/22 mövsümünün ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Sadio Mane ("Bavariya" və Seneqal), Məhəmməd Salah ("Liverpul" və Misir), Riyad Mahrez ("Mançester Siti" və Əlcəzair), Karl Toko-Ekambi ("Lion" və Kamerun), Vensan Abubakar ("Əl Nəsr" və Kamerun), Sebastyan Aller ("Ayaks" və Fil Dişi Sahili), Nabi Keyta ("Liverpul" və Qvineya), Aşraf Hakimi (PSJ və Mərakeş), Eduard Mendi ("Çelsi" və Seneqal) və Kalidu Kulibali ("Napoli" və Seneqal) ən yaxşı olmağa namizəddi.

Ən yaxşı oyunçunun adı isə konfederasiyanın texniki komitəsinin, jurnalistlərin, milli komandaların baş məşqçilərinin və kapitanlarının səsverməsi ilə bilinəcək. 

İyulun 21-də qalibin adı müəyyənləşəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right