“Atletiko”da braziliyalı futbolçu

İspaniyanın “Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Madrid təmsilçisi Portuqaliya “Jil Vesente”sindən Samuel Linonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı vingerlə 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.

Samuel Lino 2019-cu ilin yayından “Jil Visente”də çıxış edirdi. 22 yaşlı futbolçu son mövsümdə Portuqaliya klubunun heyətində 38 matçda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right