İspaniyanın "Vilyarreal" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, La Liqa təmsilçisi "Latsio"dan ayrılan Pepe Reynanı tranfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
39 yaşlı "əlcək sahibi" ilə 1 illik müqavilə imzalanıb.
İspaniya millisinin sabiq üzvü olan Reyna son mövsümdə "Latsio"nun heyətində 17 rəsmi matçda meydana çıxıb.