Ona sual verən xanım jurnalistə əl qaldıran baş məşqçi millidən qovuldu

Meksika Futbol Federasiyası yığma komandanın baş məşqçisi Miqel Herreranı vəzifəsindən uzaqlaşdırıb.

Newsport.az-ın məlumatına görə,buna təcrübəli mütəxəssisin hava limanında jurnalistlə yaşadığı mübahisə səbəb olub.

Jurnalisti yumruqladığı iddia edilən Herreranın yığmadakı gələcək taleyi ilə bağlı federasiya prezidenti Decio de Mariya Serano mətbuat konfransı keçirib.

Futbolda şiddətə qarşı olduqlarını vurğulayan Serano Herreranın yığmada uğur qazanmasına baxmayaraq, etdiyi hərəkətin yolverilməz olduğunu bildirib: "Federasiya nümayəndələri ilə keçirdiyim görüşdən sonra Herreranın komandadan ayrılmasına qərar verdik. Asan qərar olmadı, amma doğru olanı da bu idi".

Qeyd edək ki, Meksika yığması ilə KONKAKAF kubokunu qazanan Herreranın Filadelfiya hava limanında meksikalı jurnalist Kristian Martinoli ilə mübahisə etdiyi və onu yumruqladığı bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right