Pike millinin oyununun təqviminə müdaxilə etmək istəyib

“Barselona”nın müdafiəçisi Jerar Pike ilə İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales arasındakı söhbət dərc edilib. Məlum olub ki, Pike İspaniya millisinin təqviminə təsir etməyə çalışırmış.

Newsport.az-ın məlumatına görə, bu söhbəti İspaniyanın “El Confidencial” nəşri yayıb:

Pike: “Rubi, mənim üçün çox vacib olan bir məsələ haqqında danışmalıyıq. Bu və ya digər şəkildə mənə bu yaxşılığı etməlisən. Səbəbini izah edəcəm. Vanda Stadiumunda (Vanda Metropolitano) İspaniya – Rumıniya matçının baş tutacağı gün açılışda Şakira çıxış edəcək, oxuyacaq, çılğın şou göstərəcək, günorta isə matçlar olacaq. Təbii ki, həmin vaxt “Vanda”da İspaniya ilə Rumıniya arasında matç olsa, o zaman müdaxilə edərik. Bilmirəm əvvəl hansı təqvimdir, bilmirəm oyunu bazar gününə köçürmək olar, ya yox. Gəlin təqvim məsələsinə nəzər salaq. Amma bilirəm ki, siz hələ bilet satmağa başlamamısız və onun vaxtı dəyişdirilə bilər”.

Rubiales: “Yaxşı, baxacam, mümkün olacaq, ya yox, bilmirəm. Çalışacam”.

Pike kişilər arasında komanda tennis turniri olan “Devis kuboku”nu təşkil edən “Kosmos” şirkətlər qrupunun yaradıcılarından biridir. Bu, onun milli komandanın oyununu “Devis kuboku” ilə tamaşaçı uğrunda yarışmamasını təmin etməkdə maraqlı olmasını izah edir. Lakin İspaniya – Rumıniya matçının vaxtı dəyişdirilməyib və noyabrın 18-də baş tutub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right