"Anji"nin baş məşqçisi Yuri Syominlə Rusiya Premyer Liqasının 2-ci turunda "Lokomotiv"lə keçirilən oyundan sonra Moskva təmsilçisinin futbolçusu Aleksandr Səmədov arasında mübahisə yaşanıb.
Newsport.az-ın məlumatına görə, "Qəbələ"nin sabiq baş məşqçisi matçdan sonra "Lokomotiv"in Azərbaycan əsilli oyunçuya iradını bildirib.
Syomin simulyasiyaya yol verdiyi üçün Səmədova etirazını bildirdiyini deyib: "Mənimlə onun arasında heç nə baş vermədi. Sadəcə, dedim ki, hər toxunuşdan sonra sonsuz sayda yerə yıxılmaq olmaz. Həmin epizodda heç bir qayda pozuntusu yox idi və yıxılmaq lazım deyildi".