"Barselona" teleyayımdan 267 milyon avro qazanacaq

"Barselona" İspaniya La Liqasındakı oyunlarının yayımına dair televiziya hüquqlarının 10 faizini ABŞ-ın “Sixth Street Partners” şirkətinə satıb.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb. Kataloniya təmsilçisinin açıqlamasında bildirilib:

“Bu gün “Barselona” idman biznesində böyük təcrübəyə malik aparıcı qlobal investisiya şirkəti olan “Sixth Street”lə klubun maliyyə resurslarının və rəqabət qabiliyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addım atdığını elan edir.

Bu müqavilə ilə “Barcelona” cari mövsüm üçün 267 milyon avro ümumi qazanc əldə edir. “Sixth Street” ilkin olaraq 207,5 milyon avro sərmayə qoyacaq və bunun müqabilində növbəti 25 il ərzində klubun La Liga TV hüquqlarının 10%-ni alacaq”.

Xatırladaq ki, "Barselona" ötən mövsüm La Liqanı 2-ci pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right