Qadın həndbolçular arasında 2023-cü ildə keçiriləcək dünya çempionatının birinci təsnifat mərhələsinin püşkü atılıb.
Newsport.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada keçirilən püşkatmanın nəticəsinə əsasən, təmsilçimiz Portuqaliya ilə üz-üzə gələcək.
İlk görüş noyabrın 2-si və ya 3-də Bakıda, cavab matçı isə 1 həftə sonra səfərdə baş tutacaq.