Ronaldo əsəb gərginliyi keçirir

Kriştiano Ronaldonun bu yay “Mançester Yunayted”i tərk etməsinin mümkünlüyü ilə bağlı yeni iddia ortaya atılıb.

Newsport.az-in Britaniyanın “Metro” nəşrinə istinadən yaydığı xəbərə görə, növbəti mövsümlə bağlı portuqaliyalı futbolçunun komandanın yeni baş məşqçisi Erik ten Haqla bir neçə dəfə söhbəti olub. O, holland mütəxəssisin komandaya hücum futbolu qaytarmaq istəyindən məmnun olub. Amma “qırmızı-şeytanlar”ın transfer bazarındakı susqunluğu Ronaldonu narahat edir və buna görə əsəb gərginliyi keçirir. Ronaldo yaxın ətrafına bildirib ki, heyət gücləndirilməsə, o, özünə yeni klub axtarışına çıxacaq.

Başqa bir məlumata görə, K.Ronaldo karyerasının son illərində yenidən yüksək titulllar qazanmaq istəyir. Onun “MY”dən yeni futbolçular almaq istəyi də bununla əlaqədardır.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right