Rusiya millisi oyun keçirmədən FIFA reytinqində irəliləyib

Futbol üzrə Rusiya milli komandası son aylarda heç bir rəsmi oyun keçirmədən FIFA reytinqində 1 pillə irəliləyib.

Newsport.az-ın məlumatına görə, buna Misir yığmasının ardıcıl məğlubiyyətləri səbəb olub. Sözügedən komandanın 8 pillə geriləməsi Valeri Karpinin baş məşqçi olduğu kollektivin 1493 xalla 34-cü sıraya yüksəlməsi ilə nəticələnib.

Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya yığmaları və klubları beynəlxalq turnirlərdən kənarlaşdırılıb.

Qeyd edək ki, Azərbaycan millisi FIFA-nın son reytinqdə 1127 xalla 128-ci sırada qərarlaşıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah